TÖVBƏ İLƏ ƏLAQƏLİ AYƏ VƏ HƏDİSLƏR

0

Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“Ancaq tövbə edib özlərini islah edənlər və (haqqı) bəyan edənlər bundan istisnadır. Çünki onların tövbələrini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!” (Bəqərə 160)

“Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə, şübhəsiz ki, Rəbbin ondan (o tövbədən) sonra bağışlayandır, rəhmlidir” (Əraf, 153).

Rəsulallah (s.ə.s) belə buyurur:

“Günahdan peşman olmaq tövbədir!” (İbn Hənbəl I, 423)

“Günaha tövbə etmək, günahı tərk edərək bir daha ona dönməməkdir!” (İbn Hanbəl I, 446).

“Günaha tövbə edən kəs, günahsız insan kimidir!” (İbn Macə, Zühd 30)

“Biriniz itirdiyiniz heyvanınızı tapdığınız zaman nə qədər sevinirsinizsə, Allah da qulunun etdiyi tövbəyə o qədər sevinir!” (Müslim, Tövbə 2)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏLCƏZAİR FRANSAYA: BİZDƏN OĞURLADIĞINIZ ARXİVLƏRİ QAYTARIN

Əlcəzairin prezidenti Abdulməcid Təbbün, Fransanın müstəmləkəçilik illərində (1830-1962) ölkədən oğurladığı Osmanlı arxivlərinin geri qaytarılmasını tələb edib. “Arxivlər yaddaşımızın ayrılmaz bir...

Bağla