“TÜRK ŞURASININ SAMMİTİNDƏ ÖNƏMLİ QƏRARLARIN QƏBUL EDİLMƏSİ GÖZLƏNİLİR”

0

“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Mediaforumunda çıxışı zamanı deyib.

“Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”, – Prezidentin köməkçisi vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DA İSLAMOFOBİYAYA QARŞI QANUN LAYİHƏSİ HAZIRLANIB

ABŞ Nümayəndələr Palatasının ilk müsəlman qadın vəkillərindən olan Ilhan Omar, islamofobiyaya qarşı mübarizə üçün qanun layihəsi hazırlayıb. Millət vəkili bu...

Bağla