“Azərbaycan qəlbimizdə qardaşlığın şah damarıdır”.
Bunu Azərbaycanda səfərdə olan Türkiyənin gənclər və idman nazirinin müavini Enes Emiroğlu “X” hesabında yazıb.
“Yeni həftəyə, yeni günə Bakıdakı səfirliyimizdə başladıq. Qonaqpərvərliyinə görə səfirimiz Cahit Bağçıya təşəkkürümü bildirirəm”,- o əlavə edib.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da bu ziyarətlə bağlı paylaşım edib. O, nazir müavininə ziyarət üçün təşəkkür edib və gördükləri işlər barədə məlumat verib.
Report