TÜRKİYƏ AZƏRBAYCANA 10 ƏDƏD GPS STANSİYA VERƏCƏK

0

Türkiyənin Azərbaycana 10 ədəd GPS stansiya verməsi nəzərdə tutulur.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində o, Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin Türkiyə tərəfindən gələcəkdə Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin də nəzərdə tutulduğu qeyd olunub.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI HAZIRLIQLARA BAŞLANILIB

“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat...

Bağla