TÜRKİYƏ İKİ İL ƏRZİNDƏ TANK İSTEHSALINA BAŞLAYACAQ

0

Türkiyə iki il ərzində “Altay” əsas döyüş tankının kütləvi istehsalına başlayacaq.

Bu barədə “CNN Türk” məlumat yayıb.

65 tonluq tanklar “Aselsan” tərəfindən hazırlanmış və onu “Javelin” kimi ən müasir tank əleyhinə raket sistemlərinə toxunulmaz edəcək aktiv müdafiə sistemi ilə təchiz ediləcək. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Tank yeni nəsil zirehlərlə təchiz olunacaq, atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək.

“Altay”ın istehsalı üzrə müqavilə 2018-ci ildə Türkiyənin Müdafiə Sənayesi Departamenti ilə BMC arasında imzalanıb və 500 milyon dollar dəyərində qiymətləndirilir. İlkin mərhələdə 250 tankın istehsalını nəzərdə tutur.

“Altay” Türkiyə ordusunun xidmətində olan “Leopard” və M60 tanklarını əvəz edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ KƏŞFİYYATI SURİYADA TƏHLÜKƏLİ TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib. "Anadolu" agentliyi xəbər verir...

Bağla