TÜRKİYƏ KƏŞFİYYATI SURİYADA TƏHLÜKƏLİ TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

0

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

“Anadolu” agentliyi xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.

O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FRANSIZ ALIM: “NAMAZ ENERJI VƏ HƏRƏKƏT MƏNBƏYIDIR…”

"Namaz bu günədək məlum olan ən böyük güc və hərəkət qaynağıdır..." Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə...

Bağla