TÜRKİYƏ PARLAMENTİNİN SPİKERİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin daha çox dərinləşdiyini isbat etdi”

"Azərbaycan Prezidenti İlham Əliyevin Rizə-Artvin Hava Limanının açılışında iştirakı, çıxışında qardaşlıq, həmrəylik və daha da gücləndirilmiş əməkdaşlıqdan bəhs etməsi, həmçinin...

Bağla