“TÜRKİYƏ VƏ ABŞ-IN F-16-LARIN TƏDARÜKÜ BARƏDƏ DANIŞIQLARI YAXŞI KEÇİB”

0

Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

“Milliyet” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik”, – nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, – Hulusi Akar əlavə edib.

Bundan əvvəl CNN-Türk amerikalı mənbələrinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar Qara dənizdə NATO-dan olan müttəfiqlərini gücləndirmək üçün Türkiyənin F-16 qırıcılarının alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞAYA SƏFƏR EDƏNLƏRİN BİLETİ BELƏ OLACAQ – FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq. Məlumata görə, artıq səfərə hazırlaşanlar arasında biletini...

Bağla