TÜRKİYƏDƏ 1300 İL YAŞI OLAN TÖVRAT NÜSXƏSİ MÜSADİRƏ OLUNUB

0

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.

Polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.

Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAKI DİNİ İCMA RƏHBƏRLƏRİ BEYNƏLXALQ TƏŞKİLATLARA 31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI MÜRACİƏT ÜNVANLAYIBLAR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev...

Bağla