TÜRKİYƏDƏ 8 ÖLKƏNİN İŞTİRAKI İLƏ QIŞ-2023” ADLI HƏRBİ TƏLİM KEÇİRİLİR

0

Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Təlim fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QİBLƏMİZ MƏSCİDİ-HARAM – FOTOQALAREYA

Hər il milyonlarla müsəlmanın Həcc və Ümrə ibadəti üçün ziyarət etdiyi 7 minarəli MəscidiHaram, İslam memarlığının ən möhtəşəm nümunələrindən biridir....

Bağla