TÜRKİYƏDƏ QARABAĞ ŞƏHİDLƏRİ ÜÇÜN QURAN OXUNACAQ VƏ DUA EDİLƏCƏK

0

Türkiyədə, başda Qarabağ və Sarıkamış şəhidləri olmaqla bütün şəhidlərin ruhları üçün

İslamveirfan.com xəbər verir ki, 2 dəfə keşirilməsi planlaşdırılan proqram Elazığ müftiliyinin təşkilatçılığı ilə baş tutacaq.

İlk proqram yanvarın 2-də yerli vaxtla saat 18.20-də (Bakı vaxtıyla 19.20) baş tutacaq və “Kanal Fırat” kanalında birbaşa yayımlanacaq. Növbəti proqram isə yanvarın 7-də saat 21.00-də keçiriləcək və “Kanal 23”-də birbaşa yayımlanacaq.

Proqramda Ayasofiya məscidinin imam-xətibi Bünyamin Topçuoğlu, Süleymaniyə məscidinin baş imam-xətibi Ekrem Nalbant, Eyyub Sultan məscidinin imam-xətibi Erhan Mete və Yavuz Sultan Selim məscidinin müəzzini Aziz Mahmud Hardal iştirak edəcək.

Proqramda Qurani-Kərim, ilahilər və qəsidələr oxunacaq. Proqramın yekununda isə Elazığ müftisi Selami Aydın dua edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRK ƏSGƏRİ AZƏRBAYCANDA ONA VERILƏN VƏZİFƏNİ YERİNƏ YETİRƏCƏK”

"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq...

Bağla