TÜRKİYƏDƏN CƏNUBİ QAFQAZA YENİ AVTOMOBİL TUNELİ AÇILIR

0

Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin şərqində açılacaq “Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.

Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XEYİR VƏ ŞƏRR ALLAHDANDIRMI?

İmanın şərtləri olan “Aməntu”da “xeyir və şər Allahdandır” ifadəsini “bunların hər birini yaradan Uca Allahdır” kimi başa düşmək lazımdır. Çünki...

Bağla