Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub

0

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.

“Report”un əldə etdiyi məlumata görə, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.

Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.

Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel “Report”a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.

Bakı Atatürk Liseyindən isə bildirilib ki, zəlzələ bölgəsindən gəlmiş şagirdlər bu liseydə ödənişsiz təhsil alacaqlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AMERİKALI MƏŞHUR RAHİB MÜSƏLMAN OLDUĞUNU ELAN EDİB

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərqi katolik məzhəbi üzrə xristian din xadimi olan keşiş Hilarion Hiqi müsəlman olduğunu elan edib. Məlumata...

Bağla