VATİKANDAN TURİSTLƏRƏ: İRANA GEDİN!

0

İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını İrana getməyə səsləyib.
Din.az xəbər verir ki, İtaliya Yepiskop Təşkilatının rəsmi bülleteni öz oxucularını İrana getməyə səsləyib.

Adıçəkilən təşkilatın rəsmi qəzeti olan “İtaliya yepiskopları” bazar ertəsi günü özünün müxtəlif ölkələrə ediləcək dini və mədəni səfərlərinin tarixini açıqlayıb. Bu ölkələr arasında İran da var.

Vatikan turizm agentliyinin yayın əvvəli, yayın sonu və payızı ortasında İrana 3 böyük turist dəstəsi göndərməyi planlaşdırır.

Vatikanın sözügedən turizm təşkilatı İranı dünyanın ən cazibədar ölkələrindən biri adlandırıb və əlavə edilib ki, bu böyük ölkədə tarixi abidələri, qədim abidələri, möhtəşəm məscidləri, mükəmməlliyi ilə seçilən dini məkanlar və müzeyləri ziyarət etmək olar.

Qəzet yazır ki, İrana səfər istənilən turist üçün maraqlı və yaddaqalan olacaq. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PARİS NOTR-DAM KİLSƏSİNİN BƏRPASI 10-15 İLƏ BAŞA GƏLƏCƏK

“Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək”.

Bağla