Xoşbəxt Olmaq Üçün Bunları Edin!

0

Yorğunluq hissi bir müddət sonra davamlı olmağa başlayır və yerini depresiyaya verir. Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar standart çərçivələr içərisində həyat yaşadıqları üçün bu problemlərlə daha çox qarşılarşır. Əgər siz də böyük şəhərlərdə yaşayır və passiv həyat tərzi keçirirsinizsə gündəlik bu monotonluqdan qurtulmaq üçün maşınınızı 2-3 dayanacaq geridə və ya irəlidə park edərək yürüməyə çalışın. 4-5 mərtəbədən yuxarı binalarda yaşayır və ya işləyirsinizsə yarısını yürüyərək, yarısını da lift ilə  enib-qalxa bilərsiniz. İş yerinizdə davamlı olaraq oturaraq iş görürsünüzsə hər saat başı yerinizdən qalxın və otağınızda gəzin.

Həftədə 3 gün mütləq olaraq ən azı 45 dəqiqə yürüməyə çalışın. İmkanınız varsa bunu oksigenin ən çox olduğu dəniz kənarında və yaşıllıq ərazilərin yüksək hissələrində edin. İmkanı olanlar və zamanla yarışanlar evlərinə idman alətləri ala bilərlər. Unutmayaq ki, hərəkət əzələ və sümüklərinizi eyni zamanda sinir sisteminizi gücləndirir. Artıq yağların bədəndən atılmasını da qan damarlarının təmizlənməsi təmin edir və beynimizdəki xoşbəxtlik hormonlarının ifrazına səbəb olur.   

Hər gün duş almağa çalışın. İbadətlərinizi vaxtı-vaxtında yerinə yetirməyi unutmayın. Həyatınızda yeni səhifələr açmaq üçün fürsətləri dəyərləndirin. Dostluq etdiyiniz adamları yaxşı seçin. Unutmayın ki, xoşbəxtlik kimi bədbəxtlik də yoluxucudur. Dəyərli vaxtınızı sevgi dolu, pozitiv, enerjili və təbəssüm edə bilən insanlarla keçirin. Təbəssümün əzələləri rahatladaraq yumuşaltdığını yeni zamanda pozitiv elektrik meydana gətirdiyini unutmayın. Rahat, təbəssümlü və positiv insanların həm qəlb döyüntüləri həm də beyin dalğaları daha nizamlıdır. Sıxıntılı, gərgin, neqativ insanların beyin və qəlb dalğaları isə nizamsız və sürətlidir. Bu zaman qəlb və beyin tez yorulub yaşlanır və xəçəng riski artır. Sevgi, güvən və paylaşma duyğusunun olduğu ailə modeli insan ömrünü uzadır. Xəstəliklərə qarşı bədən müqavimətini gücləndirir.

Son olaraq dürüst, güvənilən və ürəkli insan olun. Özünüz və sözünüz bir olsun. Unutmayın ki, yalan danışmaq daha çətindir. Çünki yalan danışdığın zaman hər dəfəsində o yalanı xatırlamaq və diqqətli danışmaq məcburiyyətində qalırsınız. Özünüz üçün istəmədiyiniz şeyləri başqaları üçün də istəməyin. “Hər söylədiyiniz doğru olsun, ancaq hər doğrunu da hər yerdə və hər zaman söyləmək doğru deyildir” prinsipini də unutmayın.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PANDEMİYAYA QARŞI İDEAL RƏFTAR: İBRƏT, TƏDBİR, TƏVƏKKÜL VƏ DUA

Türkiyənin dini komitəsi “Diyanət”in sədri professor Əli Erbaş ölkədəki vilayətlərin və rayonların müftiləri ilə online görüş keçirib. Əli Erbaş, bu...

Bağla