YENİ ZELANDİYADA 51 MÜSƏLMANIN QATİLİ OLAN TERRORÇUYA HÖKM OXUNDU

0

15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.

“Sizin cinayətiniz o qədər bağışlanmazdır ki, ölənə qədər həbsdə qalsanız da, bu, tələb olunan cəzanı ödəyə bilməz. Siz mərhəmət etmədiniz, siz yalnızca qatil deyilsiniz, həm də terrorçusunuz. Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etməyi hədəflədiniz”, – məhkəmənin hakimi Kemeron Mander hökmü oxuyarkən belə deyib.

Hökm elan olunduqdan sonra Tarrant verilən cəzaya etiraz etmədiyini bildirib. Onun cəzasını Oklend həbsxanasında çəkəcəyi gözlənilir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Tarranta verilmiş cəzanı alqışlayaraq, onun günahını “dəhşətli və utancverici hərəkət” adlandırıb. Həmçinin ehtimal olunur ki, ölkənin Nazirlər Kabineti məhkum edilmiş şəxsin öz vətəninə – Avstraliyaya deportasiya olunmasına və cəzasını orada davam etdirməsinə imkan verəcək qərar qəbul edə bilər.

Xatırladaq ki, məsciddə müsəlmanlara qarşı törədilmiş terror hücumu nəticəsində 51 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXÜLİSLAM QMİ-NİN SƏDR MÜAVİNİ HACI QƏMƏR CAVADLINI TƏBRİK ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə idarənin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlını yubileyi münasibəti...

Bağla