YEVLAXDA “DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİNDƏ DİNİ İCMALARIN ROLU” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

0

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının birgə  təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin  təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hal-hazırda da yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini və keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Natiq Əfəndiyev, həmçinin Azərbaycanda hər bir şəxsin dini etiqad azadlığının təmin olunduğunu da nəzərə çatdırıb.

Daha sonra çıxış edən YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev Azərbaycanda məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Bununla yanaşı Əli Quliyev bütün dinlərin nümayəndələrinin inanclarına dövlət tərəfindən hörmət göstərildiyini bildirərək, bunun dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə bağlılığının göstəricisi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması və Ulu Öndər Heydər Əliyevin səyi ilə ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxışın formalaşdırıldığını bildirib.

Tədbirdə çıxış edən Yevlax şəhəri “Cümə” məscidinin imamı, Yevlax rayonu Ərəbbəsrə kənd məscidi dini icmasının sədri Nəsib Xəlilov və Yevlax rayonu Xaldan kənd “Cümə” məscidinin mütəvəllisi Elşən Osmanov dövlətin İslam  dininə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərinin mahiyyətini vurğulayıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN QADIN YENİ QALAKTİKA KƏŞF ETDİ – FOTO

Amerikanın Arizona universitetinin elmi əməkdaşı olan Burçin Mutlu Pakdil adlı gənc müsəlman qadın çox nadir rast gəlinən qalaktika növü aşkarlayıb....

Bağla