YUSUF ƏL-QARADAVİ QƏTƏRDƏ DƏFN EDİLDİ – VİDEO

0

Bir neçə gün əvvəl vəfat edən görkəmli İslam alimi Yusuf əl-Qaradavi ötən gün torpağa tapşırılıb. Mərhum Qaradavi üçün Qətərin paytaxtı Doha şəhərindəki “İmam Muhamməd bin Abdulvahhab” məscidində cənazə mərasimi keçirilib.

Mərasimdə Qətər əmirinin köməkçisi Şeyx Abdullah bin Hamad əl-Sani, daxili işlər naziri Şeyx Xalid bin Xəlifə əl-Sani, Vəqflər müdiri Qanim bin Şahin əl-Qanim, Türkiyə Diyanet Komitəsinin sədri Əli Erbaş,Türkiyə Ədalət və İnkişaf Partiyasından Yasin Aktay, Ümumdünya Müsəlman Alimlər Şurasının Əli Qaradaği və s. nüfuzlu şəxslər və minlərlə ölkə əhalisi iştirak edib.

Qaradavi qılınan cənazə namazından sonra Doha şəhərindəki Meseymir qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, böyük İslam alimi professor Yusuf əl-Qaradavi sentyabrın 26-da 96 yaşında vəfat edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb

Ermənistanın işğalı dövründə Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb. Bu barədə məscidi ziyarət edən Prezident İlham...

Bağla