ZƏKAT VERMƏYƏNİN CƏZASI NƏDİR?

0

Zəkat verməyənlər üçün həm dünyada, həm də axirətdə cəzalar vardır. Onlara  bu dünyada cəza, axirətdə isə əzab edilər. Axirətdəki əzabı Allah təala Qurani-kərimdə belə bildirir:

“Ey iman gətirənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və insanları Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ! Bu qızıl və gümüşlər cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün onlara belə deyilər: “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!” (Tövbə, 34-35)

“De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!” Onlar zəkat verməz və axirəti inkar edərlər.” (Fussilət, 6-7)

“Sizi Səqərə (cəhənnəmə) salan nə idi?” Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik. Yoxsulu yedirtməzdik.” (Muddəsir, 42-44)

Peyğambər (s.ə.s) belə buyurur:

“Allah-Təala bir kəsə mal verir, о da bunun zəkatını verməzsə, zəkatını vermədiyi bu mal qiyamət günü gözləri üzərində iki qara nöqtə olan dazbaş ilan surətinə girib o şəxsin boynuna sarılacaq və iki çənəsindən tutub deyecek: “Mən senin malınam, mən sənin yığdığınam.” (Büxari, Zəkat, 3. Təfsiu Surə. Bil 4; İbn Macə, Zəkat. 2; Malik, Müvəttə. Zəkat, 22; Ə- b- Hənbəl. II, 255 )

 Hz. Peyğəmbər sallallahu-aleyhi və səlləm daha sonra bu ayəni oxudu:

Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.) (Ali İmran, 180)

Zəkat ibadətini yerinə yetirməyənlərin dünyaya aid cəzası, zəkatın İslam dövləti tərəfındən zorla alınması və sözü gedən şəxslərə dövlətin qərara alacağı cəzanın (təzir) tətbiq olunmasıdır.

Bəhz İbn Hakimin (r.a) atası vasitəsi ilə babasından rəvayət etdiyi bir hədisdə belə buyurulur:

“Qarşılığını Uca Allahdan gözləyərək malının zəkatını verənə əcri verilir. Zəkatı verməyənin zəkatını və dəvəsinin yarısını, Rəbbimizə aid olan bir borc kimi götürərik. Zəkatdan heç bir şey Muhammədin ailə fərdlərinə halal deyildir.” (Əbu Davud. Zəkat, 5; Nəsai. Zəkat, 4. 7; Darimi. Zəkat. 36; Ə. b. Hənbəl. V. 2, 4.)

 Prof. Dr. Hamdi Döndüren

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BOŞANMAĞIN PSİXOPATALOGİYASI

Boşanma faizləri yüksəldikcə ən böyük zərəri uşaqlar görür və onlar ana-atasız evlərdə böyüməyə məhkum olurlar. Məsələn, ingilis ailələrin 20%-i ana...

Bağla