AZƏRBAYCAN VƏ TÜRKİYƏ PARLAMENT SƏDRLƏRİ TELEFONLA DANIŞIB

0

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ İNSAN İTKİLƏRİNİN OLMADIĞINI TƏSDİQLƏYİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü günortadan sonra Mərmərə dənizində baş verən zəlzələ nəticəsində insan itkilərinin olmadığını bildirib. O,...

Bağla