Qafqaz Müsəlmanları İradəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamabad və Londonda mərkəzləşən MÜSLÜM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşün əvvəlində QMİ sədri Pakistanlı qonağı salamlayaraq onu yenidən Bakıda görməkdən məmnuniyyətini dilə gətirdi. İki dövlət və xalq arasındakı üstün səviyyəli əlaqələrdən Pakistan dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi vaxtı Azərbaycana həqiqi qardaş dəstəyi verdiyi bildirildi. Vurğulandı ki, Azərbaycan Prezidenti, silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi, rəşadətli ordumuzun dəmir yumruğu, ümumxalq birliyi ilə Qarabağ torpağımız erməni işğalından azad olunduqdan sonra şəhərlərimizin küçələrində üç dövlət bayrağından biri məhz Pakistan bayrağıdır. Bu, iki ölkə, iki xalq arasındakı nümunəvi əlaqələrin parlaq təzahürü və tərənnümüdür.
Cənab Sultan Əhməd Əli qəbul üçün Şeyxülislama dərin təşəkkürünü bildirmiş, onun kimi bütün dünyada tanınmış, geniş nüfuzlu, İslam birliyinə və dinlərarası əməkdaşlıq və sülh içində birgə yaşayış məfkurəsinin həyata keçirilməsinə böyük töhfələr verən dini liderlə görüşməkdən şərəf və qürur duyduğunu bildirmişdir. O, xüsusilə vurğulamışdır ki, Azərbaycanın multikultural modeli bütün dünya üçün bariz nümunədir. Pakistan və onun xalqı Azərbaycana dəstək verməyi özünə borc bilir, çünki Ümummilli Lider Heydər Əliyev, onun sadiq davamçısı cənab Prezident İlham Əliyev, bütün Azərbaycan xalqı Pakistanın mövqeini hər zaman qətiyyətlə dəstəkləmişdir.
Şeyxülislam həzrətləri bu yaxınlarda Pakistanda baş verən və çox sayda insan tələfatına səbəb olan sel fəlakətindən kədərləndiyini, ölənlərə Allahdan rəhmət diləyərək Pakistan xalqına başsağlığı verdi. Öz növbəsində cənab Sultan Əhməd Əli Ermənistanla sərhəddə şəhid olan Azərbaycan hərbçılərinə Uca Allahdan rəhmət, şəhid ailələrinə səbr diləmiş, Azərbaycana başsağlığı verdi.
Görüş səmimi şəraitdə keçdi.