DİN BANK KARTLARI İLƏ ƏLAQƏLİ XƏBƏRDARLIQ EDİB

0

Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Kibertəhlükəsizlik – informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.

Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, – E.Hacıyev qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İŞĞALDAN AZAD EDİLƏN TORPAQLARIN BƏRPASINDA İŞTİRAK EDƏCƏK

Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək. Bunu azad edilən rayonlarda səfərdə olan Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu...

Bağla