FHN-nin amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

0

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

“Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA BƏZİ YOLLARDA HƏRƏKƏT İSTİQAMƏTİ DƏYİŞDİRİLƏCƏK

Bakının bir sıra küçə və prospektlərində sentyabrın yeddisi saat 22:00-dan sentyabrın səkkizi saat 03:00-dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər...

Bağla