“Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi qürurvericidir”

0

Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi bizim üçün qürurvericidir.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə Beynəlxalq Qastronomiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

O, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəsinin olmadığını qeyd edib və əlavə edib ki, builki tədbir xüsusi rəmzi xarakter daşıyır: “Şuşa bu il İslam ölkələrinin mədəniyyət paytaxtı statusu alıb və bütün tədbirlər bu bayraq altında keçirilir. Bu festivalda İslam ölkələrinin mədəniyyətini, o cümlədən mətbəxini – ləziz yeməklərini nümayiş etdirmək üçün şərait yaradılıb”.

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir. “Tut Bağı”nda yaradılan çadır stendlərində Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının birgə “İftar və onunla bağlı sosial-mədəni ənənələr” adlı, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda keçiriləcək. “Report” qurumun mətbuat xidmətinə istinadən...

Bağla