XX ƏSRDƏ QURAQLIQ 10 MİLYONDAN ÇOX İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLUB

0

Hər il 12 milyon hektar münbit torpaq deqradasiya nəticəsində itir.

Bu barədə BMT məlumat yayıb.

Qeyd olunub ki, 20-ci əsrdə quraqlıq 10 milyondan çox insanın ölümünə səbəb olub, hər il 55 milyon insan, 2000-2019-cu illərdə isə 1,4 milyarddan çox insan əziyyət çəkir.

Ən problemli ərazilərdən biri ərazisinin təxminən 50%-ni səhralarla əhatə edən Afrika qitəsidir (onların ən böyüyü – Sahara – 9,2 milyon kv. km-dən çox və ya Afrika ərazisinin 30%-ni əhatə edir).

Afrikada, əsasən Nigeriya, Çad, Niger, Efiopiya, Somali və Sudanda quraqlıq səbəbindən təxminən 3 milyon kvadrat kilometr ərazi deqradasiya təhlükəsi altındadır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ömər Bolat: “Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir”

Türkiyə və Azərbaycan regionda güclü ittifaqı təmsil edir. Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin ticarət naziri Ömər Bolat bildirib....

Bağla