Hakan Fidan HƏMAS lideri ilə görüşüb

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Xəlil əl-Hayya Qəzza zolağı və İordan çayının Qərb sahilindəki mövcud vəziyyəti diqqətə çatdırıb.

HƏMAS-ın sülh danışıqlarında konstruktiv mövqeyini davam etdirdiyini bildirən əl-Hayya, eyni zamanda, fələstinlilər arasındakı barışıq prosesi barədə də məlumatları bölüşüb.

Fidan bildirib ki, Türkiyə Qəzzadakı sülh prosesinə dəstəyini əsirgəməyəcək.

Görüş çərçivəsində digər regional əhəmiyyət kəsb edən məsələlər də müzakirə obyektinə çevrilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Növbəti iki gündə güclü külək əsəcəyi barədə xəbərdarlıq edilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq...

Bağla