GÜNAHSIZIN GÜNAHI

0

Hər günahkarın günahında hər günahsızın bir günahı var…

Bir insan nə qədər özünü günahsız və məsum hiss etsə də hardasa kiminsə həyatında bir günahın işlənməsinə səbəb olur. Bunu ona görə əminliklə deyə bilirik ki, insan sosial varlıqdır və o bir başa başqalarının həyatına bu və ya digər formada müdaxilə edir.  

Dünyda hər şey bir şeyin var olmasına təsir etdiyi kimi insanların hərəkətləri və davranışları da başqalarının hərəkət və davranışlarına təsir edir. Bu o deməkdir ki, sənin ətrafındakı bir insanın əhvalının yaxşı və ya pis olması, sənin ona dediyin bir sözdən asılı ola bilər.

Yəqin ki, bir-birinin arxasında düzülüb birinin hərəkəti ilə yüzlərlə daşın yıxılmasının şahidi olmusuz. Burda birinci daşa xırda bir toxunuş kifayət edir ki, heç yıxılacağını ağlına belə gətirməyən sonuncu daş yıxılsın. Aralarında olan uzaq məsafə və əlaqəsizlik onların bir-birinə təsirinin qarşısını ala bilmir. Birincinin xırda hərəkəti sonuncunun yıxılmasına səbəb olur. Bu hadisə də sonuncu özündən bir əvvəlkini günahlandırsa da əslində hər birinin yıxılmasına səbəb heç görmədikləri başdakı birinci daşdır.

Yaşanmış bu hadisə isə haqqında danışdığımız mövzuya daha çox aydınlıq gətirəcək:

Amerikada elektrik stulunda öldürülməsinə hökm edilmiş günahkar adamdan deyəcək son bir sözünün olub olmadığını soruşurlar.

Ölüm məhkumu adam ətrafındakı müxbirlərə, fotoqraflara, həbsxana vəzifəlilərinə baxdıqdan sonra, acınacaqlı bir səslə belə deyir:

-Əgər uşaqlığımda mənə bu dərəcədə diqqət göstərilmiş olunsaydı, bu gün bu məhkum stulunda olmazdım.

 Bəlkə də bizim də ətrafımızda onlarla yüzlərlə bir qayğıya, sevgiyə və isti münasibətə ehtiyac duyan insan var. O insanlar ki, əgər bu gün onlara sahib çıxılsa onların sabahı daha aydın daha işiqli olacaq. Yox əgər bu gün onlar diqqətdən kənar qalarsa sabah potensial cinayətkar və “günahkar” qismində bizim qarşımızda duracaqlar. Necə deyərlər sonuncu daş yıxılmaq istəmirsə birinci daşın yıxılmasına özü mane olmalıdır.

Son olaraq onu da unutmayaq ki,  günahkar olmaq nə qədər günahdırsa günaha qarşı kar olmaq da bir o qədər günahdır…

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
31 MART SOYQIRIMINI UNUTMADIQ!

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarixdə 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi...

Bağla