Şotlandiyada yerli idarənin baş naziri seçilən Həmzə Yusif, baş nazirin rəsmi iqamətgahı “Bute House”dən ilk paylaşımını edib.
Baş nazir sosial şəbəkədəki səhifəsində ailəsi ilə birlikdə namaz qıldığı anın fotosunu paylaşıb.
“Ailəm və mən bu gün (28 mart) parlamentdə keçirilən səsvermədən sonra “Bute House”da ilk gecəmizi keçiririk. Birlikdə iftardan sonra adət olduğu kimi ailəmə namaz qıldırdığım özəl bir an.” – deyə Həmzə Yusif paylaşımında qeyd edib.
Digər paylaşımında İngiltərənin baş naziri Rişi Sunakla görüşdüyünü də bildirən Yusif, “şotland xalqının və parlamentinin demokratik arzularına Birləşmiş Krallıq hökuməti tərəfindən hörmət göstərilməli olduğunu ifadə etdim.” – baş nazir vurğulayıb.
Ötən gün Şotlandiya parlamentində keçirilən iclasda baş nazir seçilən Həmzə Yusif, ilk müsəlman baş nazir olmaqla yanaşı ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri ünvanlarının da sahibidir.
Bundan əvvəl səhiyyə və sosial xidmətlər naziri olan 37 yaşlı, Pakistan əslli Həmzə Yusif, baş nazir seçildikdən sonra Şotlandiyaya müstəqillik qazandıracağını və bu fikrində qərarlı olduğunu deyib.