Türkiyədən terror aktına cavab: Çoxlu sayda PKK-çı zərərsizləşdirilib

0

Türkiyə Hərbi Hava Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra İraqın şimalındakı PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, İraqın Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib.

Nəticədə yaraqlıların gizləndiyi 20 obyekt məhv edilib. Bundan əlavə, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub. Bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.

Terror aktının törədildiyi yerdə 9,7 kq S-4 partlayıcısı və silah-sursat aşkarlanıb

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PKK ANKARADAKI TERROR AKTINA GÖRƏ MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRÜB

PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “A Haber” telekanalı xəbər...

Bağla