Əl-Cəzirə: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli ölüb

0

İyulun 1-də İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli ölüb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Kanal bildirir ki, zərbələr nəticəsində 109 fələstinli, o cümlədən humanitar yardım məntəqələrində ərzaq gözləyən 28 nəfər öldürülüb.

Anklavın səhiyyə nazirliyinin məlumatına görə, may ayının sonundan 600-dən çox insan humanitar yardım məntəqələrinə edilən hücumların qurbanı olub.

Ümumilikdə, 2023-ci ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında 56,6 min nəfərdən çox insan həlak olub, 134 min nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİNİ İNANCIN PSİXOLOJİ İNKİŞAFI

Doğumdan qabaq başlayan həyat macərası, doğumla birlikdə sürətli bir şəkildə davam edir. Bu mənada erkən uşaqlıq dövrünün nə qədər əhəmiyyətli...

Bağla