Ərbil şəhərində Azərbaycan konsulluğunun açılması təklif edilib

0

İİraq iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artması fonunda Ərbil şəhərində Azərbaycanın konsulluğunun açılmasını təklif edib.

Bunu İraqın XİN rəhbəri Fuad Hüseyn Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

F.Hüseyn qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı daim artır: “Hər il İraqdan Azərbaycana və əksinə gedən nümayəndə heyətlərinin sayı artır. Əvvəllər Bakı Bağdad, Ərbil və Nəcəf ilə birbaşa reyslərlə bağlı idi. Bu baxımdan, bu gün danışıqlarda biz hava əlaqələrinin bərpasını təklif etdik. Həmçinin Azərbaycanın Ərbil şəhərində konsulluğunun açılmasının vacibliyini qeyd etdik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rəsmi Bakı Pakistana hərbi hücumları pisləyib, həmrəylik ifadə edib – BƏYANAT

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. Bu barədə Azərbaycan...

Bağla