Ərdoğan islam dünyasını Kipr türklərinə daha çox dəstək olmağa çağırıb

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan islam dünyasını Şimali Kipr xalqına daha çox dəstək olmağa çağırıb.

“Report” xəbər verir ki, Türkiyə Prezidenti bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 41-ci Nazirlər Toplantısında danışıb.

Onun sözlərinə görə, Kipr türkləri heç vaxt təzyiqlərə boyun əyməyib: “Kipr türkləri islam dünyasının ayrılmaz bir hissəsidir. Onlar ləyaqətlə yaşamaq mübarizəsindən vaz keçmədilər”.

Türkiyə lideri toplantı iştirakçılarına çağırış edib: “Sizdən Kipr türklərinin haqq və ədalət mübarizəsinə daha çox dəstək göstərməyinizi xahiş edirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK – XƏBƏRDARLIQ  

Azərbaycanda noyabrın 4-də havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın buludlu...

Bağla