ƏRDOĞAN QƏRB ÖLKƏLƏRİNİ İKİÜZLÜLÜKDƏ İTTİHAM EDİB

0

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini ikiüzlülükdə ittiham edib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” nəşrində dərc olunan “Bəşəriyyətin vicdanı Qəzzada sınanılır” sərlövhəli məqaləsində yazıb.

Ərdoğan qeyd edib ki, Qəzzada baş verənlər qarşısında dünyanın səssizliyi və kiçik reaksiyaları zülmün davam etməsinə zəmin hazırlayır:

“Qərb dünyası başqa böhranlarla bağlı sürətlə hərəkətə keçdiyi halda, Qəzza ilə bağlı tərəddüdü beynəlxalq nizamın etibarını sarsıdır. Bu bir həqiqətdir ki, Ukrayna böhranına göstərilən sürətli və hərtərəfli həssaslıq Qəzzada baş verənlərdə də özünü göstərsəydi, bu gün tamam başqa mənzərə ilə üzləşərdik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ YAĞIŞ YAĞACAQ

Azərbaycanda avqustun 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın...

Bağla