ƏRDOĞAN ŞƏT SAMMİTİNDƏ PAŞİNYANLA GÖRÜŞÜB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər.

 Bu barədə “Report” erməni KİV-lərinə istinadən xəbər verir.

Liderlər regionda sabitlik və sülhün qurulmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar.

Ərdoğan və Paşinyan, həmçinin qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların qorunmasının vacibliyini qeyd ediblər.

Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə parlamenti İsrailin BMT-yə üzvlüyünün dayandırılmasına çağırıb

Türkiyə parlamenti beynəlxalq ictimaiyyəti İsrailin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa, onunla hərbi və ticarət əlaqələrini dayandırmağa çağırıb. "Report"...

Bağla