Ərdoğan: Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir

0

Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.

“Report” Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat...

Bağla