Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur.

“Report” xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

Türkiyə-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən nazir müavini bildirib ki, gənclər mövcud əlaqələri daha da genişləndirməlidirlər:

“Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz “Qarabağ Azərbaycandır” deyə səsimizi ucaldırdıq və bu gün isə “Qəzza Fələstindir” deyirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏLİ NAZİR MÜAVİNİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu Azərbaycanda səfərdədir. Nazir müavini bu gün Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçiriləcək...

Bağla