23 DİN XADİMİ AYİNLƏRİN İCRAÇISI VƏZİFƏSİNƏ TƏYİNAT ALIB

0

Din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Ramin Məmmədov mayın 21-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb.

O, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Sədr din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

R.Məmmədov, eyni zamanda Komitə tərəfindən dini və milli-mənəvi dəyərlərin sağlam təməllər üzərində təbliğ olunması məqsədilə çap edilən “Xütbələr” kitabından istifadənin vacibliyinə toxunub.

Yeni təyinat almış din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək məmnunluqlarını ifadə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm. “Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki,...

Bağla