25 ölkə İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri qaldırmağa çağırıb

0

25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının bərabərlik, hazırlıq və böhranların idarə edilməsi üzrə komissarı Aja Labib İsraili Qəzza sektorunda müharibəni dayandırmağa və oraya humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.

“Qəzzada müharibə dərhal başa çatmalıdır. İsrail hökumətinin tətbiq etdiyi humanitar yardımın çatdırılması modeli təhlükəlidir. Biz İsrail hökumətini humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmağa, BMT və humanitar qeyri-hökumət təşkilatlarının öz xilasetmə işlərini təhlükəsiz və səmərəli şəkildə yerinə yetirməsi imkanını təcili olaraq təmin etməyə çağırırıq”, – bəyanatın mətnində bildirilib.

Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, İsveçrə, İsveç, Estoniya və Yaponiyanın XİN başçıları, eləcə də Aİ komissarı imzalayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MİLLİ MƏTBUATININ YARANMASINDAN 150 İL ÖTÜR

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən...

Bağla