Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib

0

Azərbaycan və Türkiyə arasında enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi və bərpa olunan enerji mənbələrinin daha geniş coğrafiyaya çatdırılmasına xidmət edəcək alternativ regional interkonnektor layihələri müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşünə dair “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə artan elektrik enerjisi tələbatı və dəyişən regional dinamika fonunda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub.

Bayraktar vurğulayıb ki, bu tip layihələr vasitəsilə Xəzər hövzəsi və Qafqazın bərpa olunan enerji potensialının Türkiyə üzərindən Avropaya çatdırılması, eyni zamanda, Türkiyənin regional elektrik ticarəti və enerji təchizatı təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilməsi hədəflənir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il...

Bağla