ABŞ HƏRBİ HAVA QÜVVƏTLƏRİNDƏ SAQQALA VƏ HİCABA İZN VERİLDİ

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Hava Qüvvətlərində dini inancların tələbi ilə saqqal saxlamaq və hicab geyinmək sərbəst edilib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Fransanın “euronews” agentliyi məlumat yayıb. məlumatda bildirilir ki, HHQ geyim və personal görüntüsünü tənzimləyən nizamnamədə edilən dəyişikliyə görə, “sadə və iddiasız” olmaq şərti ilə qurumda dini geyimlərə izn verilib.  

ABŞ HHQ əvvəlki illərdə hərbçilərdən bəzisinin hicab geyinməsinə və saqqal saxlamasına izn vermişdi. Serjant Abdurrahman Qaytan, 2018-ci ildə ABŞ HHQ-də dini inancına görə saqqal saxlayan ilk müsəlman hərbçi olmuşdu. Həmçinin kapitan Maysaa Ouza da keçən il hicab geyinməsinə izn verilən ilk HHQ əməkdaşı olmuşdu.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜFTİ: “YAXIN ŞƏRQ SÜLH PLANINA DƏSTƏK VERMƏK HARAMDIR”

Fələstin müftisi ABŞ-ın, Qüdsü İsrailin paytaxtı kimi qəbul etdiyi “sülh planı”na dəstək vermənin haram olduğunu bəyan edən fətva verib. İslamveirfan.com...

Bağla