MÜFTİ: “YAXIN ŞƏRQ SÜLH PLANINA DƏSTƏK VERMƏK HARAMDIR”

0

Fələstin müftisi ABŞ-ın, Qüdsü İsrailin paytaxtı kimi qəbul etdiyi “sülh planı”na dəstək vermənin haram olduğunu bəyan edən fətva verib. İslamveirfan.com xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, müfti Şeyx Hüseyn bu plana dəstək vermənin xəyanət olduğunu deyil.

“Əsrin müqaviləsinə dəstək verən hər kəs Allaha, Peyğəmbərinə, müqəddəs Məscidi-Əqsaya, Qüdsə və Fələstinə xəyanət etmişdir. ABŞ-ın qondarma sülh planı fələstinlilərin öz vətənlərində ləyaqətlə yaşamaq hüququnu aradan qaldırır.” – deyə Şeyx Hüseyn bildirib.

Fələstin müftisi həmçinin ölkəsinə istiqamətlənmiş hücumların və təzyiqlərin dayandırılması üçün dünyaya çağırış edib:  

“Dünya Fələstinə, müqəddəsatına və xalqına istiqamətlənmiş hücumları dayandırmaq və fələstinlilərə dəstək vermək üçün ciddi bir addım atmalıdır. Bütün dünya irqçilik və zülm yönümlü plana dəstək verməkdən imtina etməlidir.” – deyə Şeyx Hüseyn bəyan edib.  

Qeyd edək ki, yanvarın 28-də ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Ağ evdə keçirdiyi mətbuat konfransında bir tərəfli Yaxın Şərq sülh planını ictimaiyyətə açıqlamışdı. Bu plan çərçivəsində Qüdsün İsrailin ayrılmaz paytaxtı kimi qəbul ediləcəyini açıqlayan Tramp, bu planın suveren Fələstin və fələstinlilər üçün “son fürsət” olduğunu demişdi.   

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MAHMUD SAMİ RAMAZANOĞLU HƏZRƏTLƏRİ (KS)

Bu gün XX əsrin ən böyük mürşidi-kamillərindən olan Mahmud Sami Ramazanoğlu həzrətlərinin vəfatının 36-cı ildönümüdür. İslamveihsan.com-un məlumatına görə, Mahmud Sami...

Bağla