MİSİRDƏ CÜMƏ NAMAZI QILINAN YERLƏRDƏ TƏRAVİH NAMAZI DA QILINACAQ

0

Misirdə Vəqflər Nazirliyi, cümə namazının qılınmasına izn verilən məscidlərdə təravih namazının qılına biləcəyini açıqlayıb.

Nazirlik ramazan ayında kovid-19 tədbirləri çərçivəsində riayət edilməli qaydalar barədə bəyanat yayıb.

Bəyanatda, pandemiya səbəbindən böyük iftar süfrələri açılmasına və etiqafa girilməsinə izn verilməyəcəyi, təravih namazlarının evdə qılınmasının karantin qaydaları baxımından daha doğru olacağı bildirilib.

Həmçinin nazirliyin bəyanatında bildirilib ki, cümə namazlarına izn verilən məscidlərdə bütün tədbirlərə riayət edilərək təravih namazı qılına biləcək.

Rəsmi məlumatlara görə Misirdə 108 mindən çox məscid var və cümə namazları şəhərdəki və kəndlərdəki mərkəzi məscidlərdə qılınır.

Qeyd edək ki, Misirdə 181 242 nəfər kovid-19 virusuna yoluxub, onlardan 10 590 nəfər dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLƏN HƏR İNSAN PEŞMAN OLACAQ!

Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər...

Bağla