MÖVLUD ÇAVUŞOĞLU: ÜMİD EDİRƏM Kİ, ZƏNGƏZUR DƏHLİZİ LAYİHƏSİ REALLAŞAR

0

“Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi reallaşar”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi daxil olmaqla avtomobil və dəmir yollarının açılması ilə bağlı üçtərəfli görüş faydalı keçib: “Zəngəzur dəhlizinə ən çox Ermənistanın ehtiyacı var. Əlbəttə, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması da vacibdir. Biz hər mövzuda Azərbaycanla məsləhətləşib qərar veririk. Bunu Ermənistan da, bütün dünya da bilməlidir. Ümid edirik ki, münasibətlər istədiyimiz səviyyəyə çatar, həm Azərbaycan, həm də Türkiyə Ermənistanla sərhədləri açar”, – o bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN QURULMASINI DƏSTƏKLƏYİR

“Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını dəstəkləyir. Bu, regional əməkdaşlığın inkişafına töhfə verir”. Bu fikirləri Azərbaycanın xarici işlər naziri...

Bağla