AZƏRBAYCAN UŞAQLARININ VI ÜMUMRESPUBLİKA FORUMU KEÇİRİLİR

0

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilir.

Oxu.Az xəbər verir ki, forumun rəsmi açılış mərasimi dövlət və hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil olunub.

Uşaqlar mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər.

Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edirlər.

Xatırladaq ki, forumun sonunda iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti səsləndiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ: “UŞAQLAR CƏMİYYƏTİN SABAHIDIR”

Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının...

Bağla