ƏRDOĞAN: TÜRKİYƏNİN HEÇ BİR DÖVLƏTİN ƏRAZİSİNDƏ GÖZÜ YOXDUR

0

“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.

Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.

Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İsparta şəhərində baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib. Bu barədə XİN...

Bağla