BƏZİ YERLƏRDƏ HAVA ARABİR YAĞINTILI OLUB, GÜCLÜ KÜLƏK ƏSİB

0

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əli Əsədov Cahit Bağçını fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Bu...

Bağla