ƏRDOĞAN: YENİ DÜNYA DÜZƏNİNİN TÜRKİYƏSİZ QURULMASI MÜMKÜN DEYİL

0

Türkiyə Prezidenti ölkəsinin yeni dünya düzəni quruculuğunda mühüm rol oynadığını deyib.

“Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Böyük Millət Məclisində (TBMM) AK Partiyanın qrup toplantısındakı çıxışında danışıb.

O, ciddi proseslərin cərəyan etdiyi dünyanın çoxqütblü sistemə doğru getdiyini vurğulayıb:

“Türkiyə bu prosesdə çox mühüm rol oynayır. Hazırda Türkiyə qlobal siyasətdə baş verən sürətli hərəkətlənmə fonunda öz dayanıqlılığını qorumağa nail olan ölkələrdən biridir.

Açıq görünür ki, dünya təkqütblü dünyadan çoxqütblü dünyaya keçməyə doğru gedir. Türkiyə artıq elə bir vəziyyətdədir ki, heç bir ölkə yeni düzəndə bizim üçün rol müəyyənləşdirə bilməz. O baxımdan, yeni dünya nizamının Türkiyəsiz qurulması mümkün deyil”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV: BİZ SURİYA HÖKUMƏTİNİ DƏSTƏKLƏYİRİK

Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi. Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni...

Bağla