AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏDƏ İŞGÜZAR SƏFƏRDƏDİR

0

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri başlayıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Antalya Diplomatik Forumu Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən 2021-ci ildən təşkil olunan beynəlxalq forumdur. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirir.

“Parçalanmış dünyada diplomatiyanın bərpası” (Reclaiming Diplomacy in a Fragmented World) mövzusuna həsr olunmuş IV Antalya Diplomatik Forumu 11-13 aprel tarixlərində baş tutacaq Forumda müxtəlif ölkələrdən 250-yə yaxın iştirakçı qeydiyyatdan keçib. Onların arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, vitse-prezidentlər, xarici işlər nazirləri və xarici siyasət məsələləri ilə məşğul olan siyasətçilər, dövlət xadimləri yer alır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ KÜLƏKLİ VƏ YAĞINTILI HAVA MÜŞAHİDƏ OLUNUR

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qərb...

Bağla