Ramin Məmmədov İlahiyyat İnstitutunun tələbəsinin ailəsini ziyarət edib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat İnstitutunun tələbəsinin ailəsini ziyarət edib.

Komitə sədri institutun “Dünşünaslıq” ixtisasının III kurs tələbəsi Səid Nəsirlinin ailəsi ilə söhbətində gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, savadlı kadrlar kimi yetişməsi üçün dövlət tərəfindən göstərilən qayğıdan bəhs edib. O institutla tələbələrin ailələri arasında sıx münasibətlərin təhsil prosesinə müsbət təsirindən də danışıb.

Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə və institut heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması istiqamətində ailə ilə təhsil qurumunun qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH SƏHƏR YAĞINTILAR TƏDRİCƏN KƏSİLƏCƏK

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata...

Bağla