ƏRDOĞAN: AZƏRBAYCAN VƏ PAKİSTANLA BİRLİKDƏ YENİ ADDIMLAR ATACAĞIQ

0

Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”.

Ərdoğan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Zəngəzur dəhlizi açılarsa, Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son...

Bağla